SON DƏQİQƏ! Bakıda sərnişin avtobusu yanır – VİDEO
Trampdan İlham Əliyevə xüsusi dəvət – Təcili
“Arzum” məhkəmə zalından HƏBS EDİLDİ
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
Fitnes məşqçisi Sara Əliyeva mukafata layiq görülüb
17 Avqust 2026
Rəvan Qarayevin “Məktub yazıram” adlı ilk solo konserti keçirilib
17 Avqust 2026
Hüquqşünas yoxsa saxtakar? Xəyal Məmmədov kimdir?
15 Avqust 2026
Əsas/Elm və təhsil/Qarabağ Universiteti İstanbul Texniki Universiteti ilə beynəlxalq ikili diplom proqramına start verir
Elm və təhsil

Qarabağ Universiteti İstanbul Texniki Universiteti ilə beynəlxalq ikili diplom proqramına start verir

Xəbərsiz Media
15 İyul 2026

Qarabağ Universiteti 2026/2027-ci tədris ilindən etibarən Türkiyə Respublikasının İstanbul Texniki Universiteti (İTÜ) ilə beynəlxalq ikili diplom proqramına başlayır.

Proqram “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 22 iyul tarixli Sərəncamı çərçivəsində reallaşdırılacaqdır.

Dünyanın mühəndislik profili üzrə aparıcı universitetləri sırasında yer alan İTÜ ilə birgə aparılacaq kadr hazırlığı İnşaat mühəndisliyi, Elektrik və elektronika mühəndisliyi, Mexanika mühəndisliyi və Kimya mühəndisliyi ixtisaslarını əhatə edir. İTÜ-nün tədris proqramları əsasında təşkil edilən təhsil tamamilə ingilis dilində aparılacaq. Tələbələrin ilk üç tədris ilində Xankəndi şəhərində, dördüncü tədris ilində isə İstanbul şəhərində təhsil almaları nəzərdə tutulur. Dörd il ərzində bütün dərslər İTÜ professorları tərəfindən keçiriləcəkdir.

Proqramla bağlı bütün xərclər dövlət hesabına maliyyələşdiriləcəkdir. Proqramın məzunları Qarabağ Universitetinin və İTÜ-nün bakalavr diplomlarını əldə edəcəklər.

Proqram tələbələrə ən müasir akademik məzmun, zəruri nəzəri biliklər və praktiki bacarıqlar təklif edir. Qarabağ Universitetində İTÜ təcrübəsi əsasında yaradılan laboratoriyalarda reallaşdırılacaq tədris, tədqiqat və innovasiya fəaliyyətləri mühəndislik təhsilində tamamilə yeni tədris modelinin formalaşmasına, sənaye müəssisələrinin kampusa cəlb edilməsinə və cəmiyyət üçün faydalı mühəndislik həllərinin yaradılmasına şərait yaradacaqdır. Hazırlanan yüksəkixtisaslı mütəxəssislər yerli və beynəlxalq əmək bazarında uğurla fəaliyyət göstərmək imkanı qazanacaqlar.

Qeyd edək ki, “QS World University Rankings 2027” nəticələrinə əsasən İTÜ Türkiyə universitetləri arasında birinci, dünya universitetləri arasında isə 279-cu yerdə qərarlaşıb.

İnanırıq ki, beynəlxalq ikili diplom proqramı iki qardaş ölkə arasında təhsil sahəsində əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə mühüm töhfə verəcəkdir.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Gündəm17 Avqust 2026

Sara Əliyeva mukafata layiq görülüb

Mədəniyyət17 Avqust 2026

Rəvan Qarayevin “Məktub yazıram” adlı ilk solo konserti keçirilib

Gündəm15 Avqust 2026

Hüquqşünas yoxsa saxtakar? Xəyal Məmmədov kimdir?

Hadisə15 Avqust 2026

Emin Ağalarovdan “Sea Breeze”dəki hadisə ilə bağlı AÇIQLAMA

Dünya15 Avqust 2026

Ukrayna ordusu Rusiyada bu mərkəzi “Flaminqo” ilə vurdu

Dünya15 Avqust 2026

84 yaşlı tanınmış şair DƏNİZDƏ BOĞULDU

Cəmiyyət15 Avqust 2026

Azərbaycanda 13 yaşlı qız atasının dostundan hamilə qaldı

Cəmiyyət15 Avqust 2026

Azərbaycanda həyat yoldaşının soyadını götürən kişilərin SAYI AÇIQLANDI

Gündəm12 Avqust 2026

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

Dünya12 Avqust 2026

Türkiyədə F-16 qəzaya uğradı

Həmçinin oxu

Elm və təhsil

Tibb Universitetində təhsil haqları aşağı salındı - 1500 manat...

No Comment
27 baxış
Elm və təhsil

Abituriyentlərin nəzərinə: Universitet seçərkən bu səhvi etməyin! 

No Comment
291 baxış
Elm və təhsil

Keçid balı 150, maaşı 3 min manatdır...

No Comment
2.6K baxış
Elm və təhsil

DİM bu imtahaların nəticələrini elan etdi

No Comment
111 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
Fitnes məşqçisi Sara Əliyeva mukafata layiq görülüb
Hüquqşünas yoxsa saxtakar? Xəyal Məmmədov kimdir?
Emin Ağalarovdan “Sea Breeze”dəki hadisə ilə bağlı AÇIQLAMA
İqtisadiyyat
AQC Milli Mətbuat Günündə media nümayəndələri ilə görüş keçirib – FOTOLAR
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
Azərbaycan əhalisinin sayı artdı

Bölmələr üzrə

Baxış bucağı 809
Cəmiyyət 2192
Dünya 1268
Elm və təhsil 377
Gündəm 1276

Bütün müəllif hüquqları qorunur - 2026