“Qazprom” “Sibirin Gücü” vasitəsilə Çinə rekord həcmdə qaz çatdırıb
“Qazprom” iki ayda altıncı dəfə “Sibirin Gücü” boru kəməri ilə Çinə gündəlik qaz tədarükü üzrə yeni rekorda imza atıb.
“Xəbərsiz” bildirir ki, bu barədə holdinqin mətbuat xidməti məlumat yayıb.
“Noyabrın 5-də “Qazprom” Sibirin Gücü vasitəsilə Çinə gündəlik qaz tədarükündə yeni rekorda imza atıb. Təhvil verilmiş həcm “Qazprom”un müqavilə öhdəliklərini üstələyib”, – məlumatda deyilir.
Şirkət əlavə edib ki, bu, qaz kəməri ilə tədarük 2024-cü il dekabrın 1-də müqavilədə nəzərdə tutulmuş maksimum səviyyəyə çatdıqdan sonra doqquzuncu rekorddur.
Əli Hacı





