SON DƏQİQƏ! Bakıda sərnişin avtobusu yanır – VİDEO
Trampdan İlham Əliyevə xüsusi dəvət – Təcili
“Arzum” məhkəmə zalından HƏBS EDİLDİ
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
Qadınların zərifliyini və mənəvi zənginliyini əks etdirən sərgi – “Bir İnci”
26 Avqust 2026
Rusiyada 14 yaşlı basketbolçu qəfil öldü
26 Avqust 2026
İtlər sahibinin göz qırpmasını təkrarlayırmış – Alimlər səbəbini açıqladı
26 Avqust 2026
Əsas/Cəmiyyət/Rəsmi iş yoxdursa, necə kredit götürmək olar?
Cəmiyyət

Rəsmi iş yoxdursa, necə kredit götürmək olar?

Xəbərsiz Media
02 İyul 2026

Rəsmi işi və sabit gəliri olmayan şəxslərin kredit əldə etməsi bank sektorunda ən çox müzakirə olunan məsələlərdən biridir. Kredit təşkilatları adətən rəsmi əmək haqqı və müəyyən iş stajı tələb etməklə borcalanın ödəmə qabiliyyətini qiymətləndirməyə çalışır.

Belə olan halda, rəsmi gəliri olmayan şəxslər hansı alternativ yollarla kredit əldə edə bilər?

“Xəbərsiz” xəbər verir ki, mövzu ilə bağlı “demokrat.az”a açıqlama verən bank eksperti Emin Kərimovun sözlərinə görə, gəlirlərin təsdiqi Mərkəzi Bank tərəfindən irəli sürülmüş tələbdir:
“Təxminən 2014–2015-ci illərdə tətbiq edilib. Bu, problemli kreditlərin qarşısının alınmasına yönəlmiş tənzimləyici mexanizmdir. Yəni şəxs götürdüyü krediti hansı mənbədən ödəyəcəyini sənədli şəkildə sübut etməlidir.

İstehlak kreditlərində, yəni təminatsız kreditlərdə bu, iş yerindən arayış və ya bank əməkhaqqı kartı üzrə hesab çıxarışı ilə təqdim olunur. Əgər şəxsin gəlirləri rəsmi deyilsə və ya hər hansı səbəbdən arayış və ya hesab çıxarışı təqdim edə bilmirsə, əməkhaqqını nağd şəkildə alırsa, bu halda təminatlı kreditlərə, xüsusilə lombard kreditlərinə müraciət edə bilər. Həmçinin daşınar və ya daşınmaz əmlakı girov qoymaqla da kredit götürmək mümkündür. Lakin geniş yayılmış forma lombard kreditləridir”.

Ekspert deyib ki, bu kreditlər əsasən qızıl-zinət əşyalarının girovu ilə verilən təminatlı istehlak kreditləridir:

“Şəxs yalnız şəxsiyyət vəsiqəsini və girovunu banka və ya BOKT-a təqdim edir, daha sonra əşyanın qiymətləndirilməsi aparılır. Əyar və qramına uyğun olaraq kredit məbləği müəyyən edilir. Kredit qrafiki tərtib olunur və şəxs ödənişləri tamamladıqdan sonra qızıl-zinət əşyası geri qaytarılır. Yəni şəxs əmlakını satmadan kredit resursuna çıxış əldə edir.

Minimal iş stajı tələbi isə bankların kredit məhsullarının şərtlərinə və risk siyasətinə əsasən müəyyən edilir. Bu müddət 3 aydan 1 ilə qədər dəyişə bilər. İş yerinin statusu, etibarlılığı, əməkhaqqının həmin bank vasitəsilə alınması kimi amillər də bu siyasətə təsir edir. Təcrübədə daha çox 6 ay və 1 il staj tələbi tətbiq olunur. Bəzi hallarda bu müddət 3 aya qədər endirilə bilər, lakin bu, istisna haldır və konkret məhsul şərtlərindən asılıdır”, – deyə o qeyd edib.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Manşet26 Avqust 2026
Qadınların zərifliyini və mənəvi zənginliyini əks etdirən sərgi – “Bir İnci”
Dünya26 Avqust 2026
Rusiyada 14 yaşlı basketbolçu qəfil öldü
Cəmiyyət26 Avqust 2026
İtlər sahibinin göz qırpmasını təkrarlayırmış – Alimlər səbəbini açıqladı
Dünya26 Avqust 2026
Ermənistana ultimatum: Rusiya Qərbin planını rəsmən açıqladı
Gündəm26 Avqust 2026
“Qızıl top”un üçqat qalibi Xavinin təyinatına qarşı çıxdı
Cəmiyyət26 Avqust 2026
Balakəndə avtomobil dirəyə çırpıldı
Cəmiyyət26 Avqust 2026
Bakıda minib-düşmə yerləri və taksi duracaqları təşkil olundu
Gündəm26 Avqust 2026
Yeni müqaviləyə görə alacağı məbləğ: İldə 100 milyon dollar
Cəmiyyət26 Avqust 2026
Bakıda və bəzi rayonlarda külək güclənəcək – XƏBƏRDARLIQ
Dünya26 Avqust 2026
Trampın adını daşıyan bina sökülə bilər – Kennedi Mərkəzi ilə bağlı şok açıqlama

Həmçinin oxu

Cəmiyyət

İtlər sahibinin göz qırpmasını təkrarlayırmış – Alimlər səbəbini açıqladı

No Comment
29 baxış
Cəmiyyət

Balakəndə avtomobil dirəyə çırpıldı

No Comment
32 baxış
Cəmiyyət

Bakıda minib-düşmə yerləri və taksi duracaqları təşkil olundu

No Comment
36 baxış
Cəmiyyət

Bakıda və bəzi rayonlarda külək güclənəcək – XƏBƏRDARLIQ

No Comment
34 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
Rusiyada 14 yaşlı basketbolçu qəfil öldü
İtlər sahibinin göz qırpmasını təkrarlayırmış – Alimlər səbəbini açıqladı
Ermənistana ultimatum: Rusiya Qərbin planını rəsmən açıqladı
İqtisadiyyat
Mərkəzi Bank açıqladı: Dolları olanların diqqətinə!
AQC Milli Mətbuat Günündə media nümayəndələri ilə görüş keçirib – FOTOLAR
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?

Bölmələr üzrə

Baxış bucağı 813
Cəmiyyət 2212
Dünya 1290
Elm və təhsil 378
Gündəm 1315

Bütün müəllif hüquqları qorunur - 2026