Rodriqo "Real"dan getmək İSTƏYİR
“Real Madrid”in hücumçusu Rodriqo Qoes karyerasınıcİngiltərədə davam etdirmək istəyir.
“Xəbərsiz” bildirir ki, bu barədə “The Madrid Views” məlumat yayıb.
Məlumata görə, braziliyalı qolçu Xabi Alonsonun baş məşqçi təyin olunmasından sonra aldığı oyun müddətinin azlığından narazıdır.
O, qış transfer pəncərəsi zamanı klub dəyişməyə hazırdır.
Qeyd edək ki, bu mövsüm Rodriqo 15 matçda iştirak edib, 3 məhsuldar ötürmə edib.
İslam İman
Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin





