Rusiya ABŞ-nin Ukrayna ilə bağlı planını substantiv görür - Peskov
ABŞ-nin Ukrayna münaqişəsinin həlli planı danışıqlar üçün əsas ola bilər.
“Xəbərsiz” xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
“ABŞ çərçivəsi – Trampın çərçivəsi – hazırda yeganə əsas şeydir. Biz inanırıq ki, bu, danışıqlar üçün çox yaxşı əsas ola bilər və bizim prezident də bunu bəyan edib”, – Peskov əlavə edib.
Rusiya prezidentinin sözçüsü qeyd edib ki, Vaşinqtonun Moskvaya təqdim etdiyi plan layihəsi tam müzakirə olunmayıb. Lakin Peskovun sözlərinə görə, plan əsasən Alyaskada Rusiya-ABŞ sammitində əldə olunan anlaşmalar əsasında hazırlanıb.
Xəbərsiz





