Rusiya ilə Çin arasında münasibətlər inkişaf edir və ən yüksək səviyyədədir - Mişustin
Rusiya ilə Pekin arasında münasibətlər tarixin ən yüksək səviyyəsinə çatıb və dinamik inkişaf etməkdə davam edir.
“Xəbərsiz” bildirir ki, bunu Rusiyanın baş naziri Mixail Mişustin deyib.
“Rusiya-Çin münasibətləri çoxəsrlik tarixdə ən yüksək səviyyədədir və Qərbin müxtəlif maneələrinə və qeyri-qanuni sanksiyalarına baxmayaraq, bütün istiqamətlər üzrə dinamik inkişaf etməkdə davam edir”, – o, ÇXR Dövlət Şurasının Baş naziri Li Keçyanla dar çərçivədə keçirilən görüşdə deyib.
Mişustin qeyd edib ki, bu gün iki ölkənin hökumət başçılarının görüşünün 30 ili tamam olur.





