Rusiya öz məqsədlərinə danışıqlar yolu ilə nail olmaqda maraqlıdır - Kreml
Rusiya Ukraynada məqsədlərinə məhz diplomatik vasitələrlə nail olmaqda maraqlıdır və danışıqlara açıqdır.
“Xəbərsiz” xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
“Biz danışıqlar prosesinə tam açığıq. Məqsədlərimizə məhz siyasi və diplomatik vasitələrlə nail olmaqda maraqlıyıq”, – o deyib.
Bununla bağlı sözçü Rusiyanın mövqeyinin dəyişmədiyini və Rusiya prezidenti Vladimir Putin tərəfindən dəfələrlə təsdiqləndiyini vurğulayıb.
“Biz ardıcıl olaraq bu mövqeyə sadiqik”, – Peskov əlavə edib.
Xəbərsiz





