Rusiya Putinin Təhlükəsizlik Şurasının iclasındakı bəyanatlarına ABŞ-dan heç bir cavab almayıb - Kreml
Moskva Rusiya prezidenti Vladimir Putinin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşündə verdiyi bəyanatlara və ya Poseidon və Burevestnik silah sistemlərinin uğurlu sınaqlarına dair Vaşinqtondan heç bir cavab almayıb.
“Xəbərsiz” bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-ın sualını cavablandırarkən deyib.
Qeyd edək ki, Vladimir Putin çərşənbə günü Təhlükəsizlik Şurasının üzvləri ilə ABŞ prezidenti Donald Trampın ABŞ-ın nüvə sınaqlarını bərpa etmək niyyəti ilə bağlı bəyanatlarını müzakirə edib. O, aidiyyəti təşkilat və qurumlara Rusiyanın nüvə sınaqlarına hazırlaşmasının məqsədəuyğunluğunu qiymətləndirməyi tapşırıb, lakin vurğulayıb ki, Moskva onları qadağan edən beynəlxalq müqavilədən irəli gələn öhdəliklərə əməl edir və yalnız hər hansı digər tərəf sazişi pozarsa, tədbir görəcək.
Əli Hacı





