Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Rusiya Xarkovda daha bir kəndi zəbt etdi

Reklam728 × 90

Rusiya qoşunları Ukraynanın Xarkov vilayətindəki Novaya Kazaçya yaşayış məntəqəsini nəzarətə götürüb.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti “Max” messencerində məlumat yayıb.

Qeyd edilib ki, kənd Rusiya qoşunlarının aktiv hücum əməliyyatları nəticəsində zəbt edilib.

Xatırladaq ki, oktyabrın 1-də Rusiya Müdafiə Nazirliyi Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov vilayətindəki üç kəndi – Nesternoye, Rublenoye və Vısoka Yaruqanı nəzarətə götürdüyünü açıqlamışdı.

Reklam728 × 90