Rusiyada mülki pilotsuz uçan aparatlardan geniş istifadə olunacaq - Baş nazir
Rusiya pilotsuz təyyarələrin inkişafında ciddi irəliləyiş əldə edəcək və onlar yaxın illərdə mülki sənayedə geniş istifadə olunacaq.
“Xəbərsiz” xəbər verir ki, bunu Rusiyanın Baş naziri Mixail Mişustin Rusiya Nəqliyyat Forumunda bildirib.
“Biz qarşıdakı beş il ərzində iqtisadiyyatda pilotsuz uçuş aparatlarının istifadəsi sahəsində ən böyük irəliləyişə nail olacağımızı gözləyirik. Mülki pilotsuz uçuş aparatlarına təkcə logistikada deyil, həm də kənd təsərrüfatı, energetika, geodeziya və kartoqrafiya, ekologiya kimi sahələrdə yüksək tələbat olacaq”, – o qeyd edib.
Baş nazir əlavə edib ki, bu məqsədlə artıq ikinci ildir ki, müvafiq milli layihə həyata keçirilir:
“Artıq bir sıra praktiki addımlar atılıb. Xüsusi hava məkanı sinfi – H tətbiq edilib, burada belə hava aparatlarının uçuşlarının sadələşdirilmiş proseduru nəzərdə tutulub”.
Xəbərsiz





