Rusiyada Trampın yalnız 28 bəndlik planı var - Lavrov
Moskvada Ukrayna nizamlanması ilə bağlı ABŞ prezidenti Donald Trampın 28 bəndlik planı var və sənədin başqa variantını görməyib.
“Xəbərsiz” bildirir ki, bu sözləri Rusiya Xarici işlər naziri Sergey Lavrov bildirib.
“Mən vurğulayıram ki, Trampın əlimizdə olan 28 bəndlik planı Alyaska sammiti zamanı əldə olunan əsas anlaşmaları özündə ehtiva edir. Biz [sənədin] başqa versiyalarını görməmişik”, – baş diplomat mətbuat konfransında qeyd edib.
Xəbərsiz
Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin





