Rusiyanın Tula bölgəsi Ukrayna Silahlı Qüvvələrinin (UAH) kütləvi hücumuna məruz qalıb.
Bu barədə vilayət qubernatoru Dmitri Milyayev “Telegram”da məlumat verib.
Rəsmi şəxsin sözlərinə görə, bölgə üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus 22 pilotsuz təyyarə vurulub. O, hücumlarda heç kimin xəsarət almadığını qeyd edib. Milyayev sakinləri vurulan pilotsuz təyyarələrin qalıqlarına yaxınlaşmamağa çağırıb.
“Partlamış PUA-ların hissələrinə toxunmayın, onlar zəhərli maddələrlə işlənə bilər”, – deyə o bildirib.
Daha əvvəl bildirilmişdi ki, son 24 saat ərzində Ukrayna Silahlı Qüvvələri Rusiyaya dronlar, hava bombaları və raketlərdən istifadə edərək hücum edib. Müdafiə Nazirliyi Ukrayna tərəfindən atılan hədəflərin məhv edildiyini bildirib.










