Saakaşvili dövlət çevrilişinə çağırışda ittiham ediləcək!
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşviliyə qarşı hökuməti devirməyə çağırışlarda ittiham irəli sürüləcək.
“Xəbərsiz bildirir ki, bu barədə respublikanın Baş Prokurorluğu məlumat yayıb.
Departamentin bəyanatında deyilir:
“Əldə edilmiş sübutlar əsasında aparılan istintaq nəticəsində Mixail Saakaşvili Gürcüstan Cinayət Məcəlləsinin 317-ci maddəsi ilə, Gürcüstanın konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsinə və ya dövlət hakimiyyətinin devrilməsinə çağırış faktına görə ittiham olunacaq. Gürcüstan Cinayət Məcəlləsinin 319-cu maddəsi, təxribat törətməkdə və xarici dövlətlərə düşmənçilik fəaliyyətində köməklik göstərməkdə ittiham olunur. Saakaşvili Gürcüstan Cinayət Məcəlləsinin 318-ci maddəsi ilə təxribat törətməkdə ittiham olunacaq”.
İslam İman





