Məzmuna keç

Səudiyyə Ərəbistanında hava limanlarına hücum edildi – Yaralılar var

Səudiyyə Ərəbistanının cənubundakı Nəcran və Cizan şəhərlərində yerləşən hava limanları hücuma məruz qalıb.

Bu barədə ölkənin Mülki Aviasiya Baş İdarəsi məlumat yayıb.

Bildirilib ki, oktyabrın 5-i axşam saatlarında Cizandakı Kral Abdullah bin Əbdüləziz Beynəlxalq Hava Limanı və Nəcran Beynəlxalq Hava Limanına hücumlar edilib.

Hücumlar nəticəsində 3 nəfər yüngül xəsarət alıb, hava limanlarına isə maddi ziyan dəyib.

Hazırda Səudiyyə Ərəbistanı hakimiyyəti hücumların vurduğu ümumi zərərin həcmini müəyyənləşdirir.