Məzmuna keç

Sinqapur Prezidenti: Azərbaycana davamlı sülh, tərəqqi və rifah arzu edirəm

Sinqapur Respublikasının Prezidenti Tarman Şanmuqaratnam Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Xəbərsiz” xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza Sinqapur xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Ölkənizə davamlı sülh, tərəqqi və rifah arzu edirəm”.