Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
SON DƏQİQƏ! Ruslan Eyyubovdan xəbər var
Ebola ilə bağlı TƏHLÜKƏLİ VƏZİYYƏT
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
Sabah Məhərrəm ayı başlayır
15 İyun 2026
Məzunların çıxışı yarımçıq qaldı: Direktordan şikayətçidirlər
15 İyun 2026
Heydər Əliyev və 15 iyunun tarixi əhəmiyyəti – TƏHLİL
15 İyun 2026
Əsas/Elm və təhsil/Təcrübədən tədrisə: "Radioda praktiki iş" kitabının əhəmiyyəti
Elm və təhsil

Təcrübədən tədrisə: "Radioda praktiki iş" kitabının əhəmiyyəti

Xəbərsiz Media
08 Noyabr 2025

Əziz oxucu, sizə böyük məmnuniyyətlə ali bir kitabdan bəhs edəcəyik. Bu alilik nə kitabın universitet auditoriyalarına xitab etməsindən, nə də müəlliflərlə həmkar münasibətlərdən irəli gəlir. Ən ali məziyyət, əsas qayə ondadır ki, ərsəyə gələn dərsliyin hər bir səhifəsi iki qəlbin və iki beynin birgə əməyinin bəhrəsidir. Hər fikir, hər hiss iki yaradıcı ruhun harmoniyasından doğur. Əsas da bizim yaxşı tanıdığımız müəlliflər yüksək ləyaqət və mənəvi məsuliyyət hisslərinə sahibdirlər. Onların fəaliyyətində milli-mənəvi dəyərlərin təbliği, həm də tədrisə sirayət edir.

İndi isə bir məqamı oxucularla bölüşməyi zəruri hesab edirik. İllər öncə türkiyəli yazıçı və jurnalist Güngör Urasın “Kitab oxumağa vaxtınız yoxdursa” adlı yazısı müasir insanın oxuma vərdişlərinə tənqidi yanaşması ilə diqqət çəkirdi. O bildirirdi ki, kitab oxuma vərdişini formalaşdırmadan nə mənəvi inkişafa çatmaq, nə də texnologiya əsrinin sürətli dəyişikliklərinə uyğunlaşmaq mümkündür.

Tarix də bizə bunu sübut edir və sual doğurur: bəşəriyyətin inkişafında dönüş nöqtəsi məhz yazının yaranması və ilk çap maşınının ixtirası ilə başlamadımı? Yazı düşüncəni əbədiləşdirdi, çap isə bu düşüncəni irqindən, cinsindən asılı olmayaraq dünyaya yaydı. Beləliklə, yazı və çap insanı formalaşdırdı, dünyanı dəyişdirdi və fərdlər arasında mənəvi bir körpü yaratdı. Şübhəsiz, bundan sonra da birliyə və tərəqqiyə nail olmaq üçün qiymətli kitablara borcluyuq.

Belə kitablardan biri də yazının əvvəlində ipucu verdiyimiz “Radioda praktiki iş” adlı dərs vəsaitidir. Kitab həm də radio tədrisində peşəkarlığın bələdçisidir. “Füyuzat” mətbəəsində çap olunan dərsliyin həmmüəllifləri — Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Multimedia və Elektron Kommunikasiya kafedrasının müəllimləri Sevil Həsənova və Sevinc Məmmədovadır. Dərs vəsaitinin elmi redaktoru professor, həmin kafedranın müdiri Qulu Məhərrəmlidir.

Kitaba rəy verənlər sırasında görkəmli media mütəxəssisləri yer alır: professor, BSU-nun Jurnalistika kafedrasının müdiri Vüqar Rəhimzadə, professor Allahverdi Məmmədli, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədr müavini Rafiq Həşimov, həmçinin ADMİU-nun Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının dosenti Gülşən Qafarova.

Kitabın annotasiyasında müəlliflər qeyd edirlər ki: “Dərs vəsaiti Jurnalistika fakültəsinin müəllim və tələbələri üçün nəzərdə tutulub.” Radio həm də insanları birləşdirən, düşüncə və fikirləri geniş kütlələrə çatdıran mühüm vasitədir. O, təkcə informasiya ötürmək funksiyasını daşımır, habelə mədəni və sosial baxımdan cəmiyyətin həyatında mühüm rol oynayır. Bu mənada sirli-sehrli radionun özü qədər tarixi də, onun nəzəri tərəfləri də maraqlı və faydalıdır.

Bir zamanlar radio dalğalarında səslənən hər bir söz sadəcə səs deyildi — o, insan ruhunun, düşüncəsinin və hisslərinin səmavi bir təcəssümünə çevrilirdi. Bu səsi, bu ruhu dinləyiciyə çatdıranlar isə fədakarlığı, istedadı və millətə sevgisi ilə seçilən böyük şəxsiyyətlər idi. Azərbaycan mədəniyyətinin parlaq simaları — Üzeyir bəy Hacıbəyli, Müslüm Maqomayev, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Səməd Vurğun və digər sənətkarlar sözün və musiqinin gücü ilə xalqın qəlbində silinməz izlər qoymuşdular. Onların yaratdığı bu mənəvi miras radionu sadəcə texniki vasitə deyil, milli yaddaşın və ruhun daşıyıcısına çevirdi.

Bu mənada radio cəmiyyət üçün təkcə informasiya platforması deyil, həm də mənəvi yaddaşın, mədəni kimliyin qoruyucusudur, desək yanılmarıq. Fransız sosioloqu Emil Dürkheym yazırdı: “Cəmiyyət təkcə fərdlərin cəmi deyil, o, fərdlərin üzərində dayanan mənəvi və sosial reallıqdır.” Cəmiyyətin inkişafı onun mənəvi dayaqlarının möhkəmliyindən asılıdır. F.Dostoyevskinin sözləri ilə desək, əxlaqi başlanğıclarla formalaşan cəmiyyətlərdə mənəviyyatın rolu danılmazdır.

Bu kontekstdə radionun və ümumilikdə kütləvi informasiya vasitələrinin mənəvi gücü və ictimai çəkisi böyük əhəmiyyət daşıyır. Həm Dürkheym, həm də Dostoyevski kimi mütəfəkkirlər eyni məqama işarə edirlər: cəmiyyətin davamlı inkişafı onun mənəvi və əxlaqi sütunlarının möhkəmliyindən asılıdır. Bu sütunlardan biri də, heç şübhəsiz, radionun ictimai nüfuzu və mənəvi gücüdür.

Təəssüf ki, zaman keçdikcə səsin rəngi, sözün dəyəri, insanın dünyanı duyma tərzi belə dəyişib. Texnoloji inkişaf həyatımıza yenilik və rahatlıq gətirsə də, bəzən keçmişin səmimiyyətini arxada qoyur. Bununla belə, müasir dövrdə — internet və rəqəmsal yayım çağında radio öz aktuallığını və mənəvi missiyasını qorumağa davam edir. Radio bu gün də informasiya savaşında milli təhlükəsizliyin qorunmasına xidmət edir, cəmiyyəti manipulyativ məlumatlardan müdafiə edir və düzgün istiqamətə yönləndirir.

Bu mənada kitabın müəlliflərinin məsuliyyəti və zəhməti bir daha ön plana çıxır. Dərs vəsaitinin həm Azərbaycan, həm də rus bölmələri üçün yazılması da təsadüfi deyil. “Jurnalistlərin peşəkar hazırlığında kursun yeri” adlı bölmədə belə qeyd olunur: “Bu gün jurnalistlərin hazırlanması prosesi aktiv şəkildə inkişaf etməkdədir ki, bu da media sənayesi və bütövlükdə cəmiyyətdə baş verən dəyişiklikləri əks etdirir.”

Kitabda “Media sistemində radionun yeri”, “Radionun yaradıcı və texniki bazası”, “Radionun idarə olunması və strukturu”, “Proqram layihələrinin yaradılması və həyata keçirilməsi” kimi mövzular diqqəti cəlb edir. Maraqlı bölmələrdən biri də “PR və marketinqin nəzəriyyəsi və təcrübəsi”dir. Müəlliflər burada belə yazırlar: “Radioda marketinq və PR departamenti auditoriyanın cəlb edilməsi və saxlanması, habelə radiokanalın irəlilədilməsi baxımından vacib rol oynayır.”

Rus bölməsi üçün nəzərdə tutulan “Практическая работа на радио” hissəsində isə müasir tendensiyalar – “Нью медиа, радио и веб” mövzusu işıqlandırılır: “Сегодня основным пользователем социальных сетей, где визуальность на первом месте, является молодежь. С этой точки зрения у визуального радио больше возможностей для взаимодействия с аудиторией.”

Bütün bunlar göstərir ki, müasir medianın sürətli inkişafı gənclərin informasiya istehlakı vərdişlərini köklü şəkildə dəyişib. Bu dəyişiklik fonunda müəlliflərin üzərinə düşən məsuliyyət və əməyin böyüklüyü daha aydın görünür.

Göründüyü kimi, “Radioda praktiki iş” dərs vəsaiti yalnız bir tədris mənbəyi deyil, həm də milli mənəviyyat, peşəkarlıq və yaradıcı düşüncənin harmoniyasını əks etdirən dəyərli bir əsərdir. Bu kitab radionun səsini yenidən mənəviyyatla birləşdirir, gənc jurnalistlərə həm bilik, həm də ruh aşılayır.

Qərənfil Dünyaminqızı – Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin professoru

Əsgər İsmayılov – Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin məzunu

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Cəmiyyət15 İyun 2026

Sabah Məhərrəm ayı başlayır 

Elm və təhsil15 İyun 2026

Məzunların çıxışı yarımçıq qaldı: Direktordan şikayətçidirlər

Baxış bucağı15 İyun 2026

Heydər Əliyev və 15 iyunun tarixi əhəmiyyəti - TƏHLİL 

Baxış bucağı15 İyun 2026

Tarixi yaşayanlar və tarixi yaradanlar – Tarix yaradan liderin media siyasəti

Cəmiyyət15 İyun 2026

Azərbaycanda maaş və pensiyalar YENİ QAYDADA ÖDƏNİLƏCƏK

Gündəm15 İyun 2026

Mahsun Kırmızıgül Bakıya onun oğlunun toyuna gəlibmiş

Dünya15 İyun 2026

Mbappe Fransa prezidentliyinə namizəd OLACAQ?

Mədəniyyət15 İyun 2026

Flora Kərimova ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

Dünya15 İyun 2026

Hava limanında saxlanılan Koçaryanın ölkədən çıxışına qadağa qoyuldu

Dünya15 İyun 2026

SON DƏQİQƏ! Netanyahu Trampın sülh bağlı tələbini RƏDD ETDİ

Həmçinin oxu

Elm və təhsil

Məzunların çıxışı yarımçıq qaldı: Direktordan şikayətçidirlər

No Comment
100 baxış
Elm və təhsil

Bu müəllimlərin MAAŞI ARTACAQ

No Comment
1.5K baxış
Elm və təhsil

DİM iyunun 14-də imtahan keçirəcək

No Comment
51 baxış
Baxış bucağı

3 nömrəli məktəbdə qalmaqal: Summativ üçün pul yığılır?

No Comment
577 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
Mahsun Kırmızıgül Bakıya onun oğlunun toyuna gəlibmiş
Mbappe Fransa prezidentliyinə namizəd OLACAQ?
Bakıda inqilabi dəyişikliyə hazırlıq gedir – Görünməmiş yenilik olacaq
İqtisadiyyat
Dollar almaq istəyənlərin nəzərinə
Azərbaycan neftinin qiyməti artdı
Kirayə mənzillər bahalaşacaq – SƏBƏB

Bölmələr üzrə

Baxış bucağı 798
Cəmiyyət 2003
Dünya 1100
Elm və təhsil 322
Gündəm 1140

Bütün müəllif hüquqları qorunur - 2026