“Arzum” məhkəmə zalından HƏBS EDİLDİ
İsrail Türkiyəyə doğru iki qırıcı göndərdi – TƏCİLİ
SON DƏQİQƏ! AZAL uçuşları ləğv etdi
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
Paşinyana dekabra qədər vaxt verildi: Ya referendum, ya da…
11 Avqust 2026
Toya hazırlaşanlara vacib xəbər: 10 faiz artım var
11 Avqust 2026
Bəşər Əsəd edam cəzasına məhkum edildi
11 Avqust 2026
Əsas/Dünya/TƏCİLİ! Köçəryanla bağlı QƏRAR VERİLDİ - İrəvan bu addımı da atacaq 
Dünya

TƏCİLİ! Köçəryanla bağlı QƏRAR VERİLDİ - İrəvan bu addımı da atacaq 

Xəbərsiz Media
20 İyun 2026

Ermənistanın daxili siyasi arenasında gərginlik pik həddə çatıb. Ölkənin “Hayastan” blokunun lideri, sabiq prezident Robert Köçəryana qarşı rəsmi şəkildə ittiham irəli sürülməsi gözlənilir. Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) keçmiş dövlət başçısına qarşı ittiham aktının irəli sürülməsinə artıq rəsmi icazə verib.

Atılan bu hüquqi addımların davamı olaraq, R. Köçəryanın ölkədən kənara çıxışına da kəskin qadağa qoyulub. Bu qərar seçkiöncəsi dövrdə Ermənistandakı revanşist qüvvələrə qarşı ən sərt rəsmi reaksiya kimi qiymətləndirilir.

“Xəbərsiz” məsələ ilə bağlı NOCOMMENT.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Baş nazir Nikol Paşinyan hələ seçki prosesindən əvvəl Robert Köçəryan və Samvel Karapetyana qarşı çox ciddi sanksiyaların və ölçülərin götürüləcəyinə dair anons vermişdi:

“Ümumiyyətlə, N. Paşinyanın atdığı bu addımları R. Köçəryan və S. Karapetyana qarşı yönəlmiş klassik siyasi repressiya kimi dəyərləndirmək doğru deyil. Çünki hər iki fiqur fundamental olaraq Ermənistan dövlətçiliyi üçün birbaşa potensial təhdid mənbəyidir. Robert Köçəryan hakimiyyətdə olduğu uzun illər ərzində ölkəsini Rusiyadan tam şəkildə asılı vəziyyətə salmağa çalışıb və idarəçiliyi dövründə kifayət qədər ciddi cinayətlərə imza atıb. Onun hazırda yürütdüyü və müdafiə etdiyi siyasi xətt bütövlükdə erməni xalqının milli maraqlarına tamamilə ziddir.

Moskva tərəfindən xüsusi missiya ilə göndərilən milyarder Samvel Karapetyanın əsas hədəfi isə Ermənistanı yenidən Rusiyanın orbitinə bağlamaq və ölkəni Azərbaycanla yeni bir qanlı müharibəyə sürükləməkdir. Belə bir avantürist fəaliyyət isə Ermənistanın bir dövlət kimi mövcudluğunu birbaşa sual altına qoyur. Hazırda S. Karapetyan əhalini mövcud hakimiyyətə qarşı yeni kütləvi etirazlara və itaətsizliyə səsləyir.

Göründüyü kimi, Paşinyan administrasiyasının bu şəxslərə qarşı tətbiq etdiyi təzyiqlər tamamilə hüquqi müstəvidə reallaşır və Ermənistanın dövlət suverenliyini qorumaq məqsədi daşıyır. N. Paşinyan Rusiyaya birbaşa bağlı olan və xarici dairələrin maraqlarına xidmət edən bu müxalifətin parlament daxilində rahat və azad şəkildə fəaliyyət göstərməsinə heç bir halda imkan verməyəcək”.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Dünya11 Avqust 2026

Paşinyana dekabra qədər vaxt verildi: Ya referendum, ya da...

Cəmiyyət11 Avqust 2026

Toya hazırlaşanlara vacib xəbər: 10 faiz artım var

Dünya11 Avqust 2026

Bəşər Əsəd edam cəzasına məhkum edildi 

Mədəniyyət10 Avqust 2026

“Ənənəvi Sənətdən Süni İntellektə”: Sumqayıtda gənc istedadların rəsm sərgisi baş tutub

Dünya10 Avqust 2026

Pezeşkian Xamenei ilə görüşündən danışdı: 7 saat...

Dünya10 Avqust 2026

Vuçiçdən qorxulu mesaj: Dünya böyük müharibə ərəfəsindədir

Cəmiyyət10 Avqust 2026

Azərbaycanda orta aylıq əməkhaqqı artdı

Cəmiyyət10 Avqust 2026

Hansı hallarda maaşınız 400 manatdan az ola bilər?

Elm və təhsil10 Avqust 2026

Tibb Universitetində təhsil haqları aşağı salındı - 1500 manat...

Media09 Avqust 2026

BTV-də yeni təyinat: Asim Abdullayev baş redaktor müavini oldu

Həmçinin oxu

Dünya

Paşinyana dekabra qədər vaxt verildi: Ya referendum, ya da...

No Comment
9 baxış
Dünya

Bəşər Əsəd edam cəzasına məhkum edildi 

No Comment
8 baxış
Dünya

Pezeşkian Xamenei ilə görüşündən danışdı: 7 saat...

No Comment
15 baxış
Dünya

Vuçiçdən qorxulu mesaj: Dünya böyük müharibə ərəfəsindədir

No Comment
17 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
SOCAR-da kütləvi ixtisarlar gedir? – RƏSMİ
Vaqif Əsədovun qızı rəis vəzifəsindən azad olundu
Azərbaycanın iki şəhərinə metro çəkiləcək – Tarix açıqlandı
İqtisadiyyat
AQC Milli Mətbuat Günündə media nümayəndələri ilə görüş keçirib – FOTOLAR
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
Azərbaycan əhalisinin sayı artdı

Bölmələr üzrə

Baxış bucağı 808
Cəmiyyət 2190
Dünya 1262
Elm və təhsil 377
Gündəm 1271

Bütün müəllif hüquqları qorunur - 2026