Tramp həyəcan təbili çaldı: İran İsraili bombalayacaq
ABŞ Prezidenti Donald Tramp “NBC News”a verdiyi açıqlamada İrandan danışıqların dayandırılması ilə bağlı heç bir məlumat almadığını deyib.
“Xəbərsiz” xəbər verir ki, Tramp bunu normal addım hesab etdiyini açıqlayıb:
“Düşünürəm ki, çox danışmışıq. Əgər sakitlikdirsə, deməli bu, çox yaxşıdır”, – Tramp bildirib.
Lakin o, təmasların dayandırılmasının hərbi ssenariyə qayıtmaq demək olmadığını vurğulayıb:
“Bu, bomba atmağa başlayacağımız anlamına gəlmir. Biz blokadanı davam etdirəcəyik. Çünki blokada polad divar hörmək deməkdir.”
İranın mövqeyini dəyişib-dəyişməyəcəyi ilə bağlı suala isə ABŞ lideri belə cavab verib.
“Düşünürəm ki, nə qədər lazımdırsa, o qədər də gözləyə bilərəm. Onlar çoxlu pul itirirlər”, – Tramp vurğulayıb./ globalinfo.az





