Tramp noyabrın 8-də Orbanla görüşməyi planlaşdırır - Bloomberg
ABŞ prezidenti Donald Tramp noyabrın 8-də Macarıstanın Baş naziri Viktor Orbanla görüşməyi planlaşdırır.
“Xəbərsiz” bildirir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayıb.
Məlumata görə, tədbirin keçiriləcəyi yer hələ müəyyən edilməyib.
Bundan əvvəl Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Szijjarto bildirmişdi ki, Orbanın noyabrın əvvəlində Vaşinqtona səfər edərək Trampla görüşəcək. O qeyd edib ki, Macarıstan ölkənin enerji təchizatının təmin edilməsində maraqlıdır və amerikalılarla bütün danışıqlar bu istiqamətdə gedəcək.
Əli Hacı





