ABŞ prezidenti Donald Tramp yenidən İran rəhbərliyini təslim olub mərhəmət diləməyə çağırıb.
KONKRET.az-ın xəbərinə görə, Ağ Evdə jurnalistlərlə söhbəti zamanı o deyib:
“İndi onlar mərhəmət istəməlidirlər. Etməli olduqları tək şey budur. Sadəcə, “Biz təslim oluruq” deməlidirlər.
Tramp ABŞ və İsrailin İranla müharibəsinin gedişini şərh edərkən İslam Respublikasının artıq məğlubiyyətə uğradığını deyib:
“Hərbi baxımdan biz onları darmadağın etdik. Onların iqtisadiyyatı isə ciddi problemlərlə üzləşib. Bu, ölü iqtisadiyyatdır.”
Qeyd edək ki, Tramp son həftələrdə bir neçə dəfə açıq şəkildə İran hakimiyyətini təslim olub mərhəmət istəməyə çağırıb. O, bu cür bəyanatlarla martın 10-da və aprelin 6-da da çıxış edib.

















