Trampın qızı ada aldı: 1.4 milyardlıq layihə
ABŞ Prezidenti Donald Trampın qızı İvanka Tramp əri Cared Kuşnerlə birlikdə Adriatik dənizində nəhəng ada layihəsi həyata keçirirlər.
“Xəbərsiz” Axar.az-a istinadən xəbər verir ki, bu barədə İvanka Tramp özü danışıb.
Məlumata görə, ada 1400 hektar ərazini əhatə edir və elektrik enerjisi yoxdur. Onlar bu layihəni həyata keçirmək üçün dünyanın ən tanınmış memarları ilə əməkdaşlıq edəcəklər.
“Bu layihə miqyasına görə həqiqətən də çox böyükdür”, – İvanka bildirib.
Qeyd edək ki, ötən il “Quardian” nəşri İvanka Tramp və Cared Kuşnerlə əlaqəli “Affinity Partners” şirkətinin Albaniyaya məxsus Sazan adasını aldığını və orada 1.4 milyard avro dəyərində kurort layihəsi həyata keçirdiyini yazmışdı.





