“PayPal” və “Palantir” şirkətlərinin həmtəsisçisi, milyarder respublikaçı investor Piter Tiel ABŞ prezidenti Donald Trampın İrana qarşı müharibəsinin doğruluğuna şübhə ilə yanaşdığını bildirib.
Tilin çıxışlarının audioyazısı “Politico” tərəfindən əldə edilib.
“Mən bu müharibəyə şübhə ilə yanaşıram. Düşünmürəm ki, biz onu başlamalı idik. Bir çox səhvlərə yol verildi”, – deyə Til mühazirə zamanı bildirib.
O, həmçinin ABŞ-ın qarşıdurmada uğur qazanmaq qabiliyyətini şübhə altına alaraq, ölkənin hərbi cəhətdən qeyri-kafi olduğunu və beynəlxalq təsir uğrunda mübarizəni uduzacağını iddia edib.
Onun açıqlamaları Respublikaçıların qanunverici orqana nəzarəti saxlamağa çalışdığı ara seçkilərdən cəmi iki həftə əvvəl verilib.
Mühazirə zamanı milyarder həmçinin neokonservatorlara və Yaxın Şərqdəki müharibələrə qarşı çıxdığını vurğulayıb.
Lakin nəşr qeyd edir ki, Tielin İrana qarşı hərbi kampaniyanı tənqid etməsi onun Trampa dəstəyini dayandırdığı anlamına gəlmir. O, ABŞ prezidentini dəstəkləməyə davam etdiyini təsdiqləyib.










