Türkiyənin İzmir şəhərinin Bayraklı rayon bələdiyyəsinə qarşı polis tərəfindən əməliyyat keçirilib.
Bu barədə yerli KİV məlumat yayıb.
Bildirilib ki, əməliyyat zamanı keçmiş bələdiyyə sədri Sərdar Sandal da daxil olmaqla 45 nəfər saxlanılıb.
Məlumata görə, İzmir Baş Prokurorluğu Bayraklı bələdiyyəsinin ötən dövrdəki xərcləri ilə bağlı audit və yoxlama hesabatları əsasında əməliyyata başlayıb.
Qeyd olunub ki, bələdiyyənin keçmiş aparat rəhbəri Berk Ulusalın nəzarətində həyata keçirilən xərclərlə bağlı iddialar irəli sürülüb. İddialara əsasən, çoxsaylı satınalma əməliyyatları zamanı təkrar hesab-fakturalar tərtib edilib və ödənişlər həyata keçirilib.










