Ukrayna təkmilləşdirilmiş xüsusiyyətlərə malik yeni nəsil SAMP-T-ni ilk alan ölkə olacaq - Makron
Ukrayna SAMP – T yeni nəsil qabaqcıl hava hücumundan müdafiə sistemini alan ilk müştəri ölkə olacaq.
“Xəbərsiz” xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Ukrayna prezidenti ilə birgə brifinqdə deyib.
“Biz pilotsuz təyyarələrin, pilotsuz uçuş aparatlarının və idarə olunan bombaların alınması, inkişafı və istehsalı sahəsində növbəti 10 il üçün nəzərdə tutulmuş ikitərəfli əməkdaşlığa başladıq. Söhbət iki il və 10 illik perspektiv üçün planlaşdırdığımız tədarüklərdən gedir”, – Makron bildirib.
O, SAMP – T sisteminin hələ də inkişaf mərhələsində olduğunu, lakin Ukraynanın onu yerləşdirən ilk ölkə ola biləcəyini izah edib:
“Ukrayna artıq bu sistemin xüsusiyyətlərini bilir, lakin indi onun yeni, təkmilləşdirilmiş xüsusiyyətləri olacaq”.
Xəbərsiz





