Vüsal Nəsirli ona vəzifə verdi
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində yeni təyinat olub.
“Xəbərsiz” unikal.az-a istinadən xəbər verir ki, bununla bağlı AAYDA-nın İdarə Heyətinin sədri Vüsal Nəsirli əmr imzalayıb.
Əmrə əsasən, Babayev Həsən Namiq oğlu qurumun Maliyyə və İqtisadiyyat şöbəsinin müdir müavini təyin edilib.
Qeyd edək ki, H.Babayev bundan əvvəl Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Maliyyə departamentinin Maliyyə Nəzarəti və Hesabatlılıq şöbəsinin müdiri olub.
Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin





