“Arzum” məhkəmə zalından HƏBS EDİLDİ
İsrail Türkiyəyə doğru iki qırıcı göndərdi – TƏCİLİ
SON DƏQİQƏ! AZAL uçuşları ləğv etdi
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
Xamenei ölüm yatağındadır – KİV
07 Avqust 2026
Sabah hava necə olacaq?
07 Avqust 2026
Samir Şərifov sədr təyin edildi – Sərəncam
07 Avqust 2026
Əsas/Cəmiyyət/Xaricdən məhsul sifariş verənlərin diqqətinə - Bir pis, bir yaxşı xəbər!
Cəmiyyət

Xaricdən məhsul sifariş verənlərin diqqətinə - Bir pis, bir yaxşı xəbər!

Xəbərsiz Media
03 İyun 2026

İyunun 1-dən xaricdən sifariş edilən malların gömrük rəsmiləşdirilməsi qaydalarında dəyişiklik edilib. Yeni qaydalara əsasən, vətəndaşlar artıq FİN kodu ilə birbaşa sistemə daxil olaraq “Elektron Ticarət Bəyannaməsi” xidmətindən istifadə edə bilməyəcəklər. Bundan sonra identifikasiya “ASAN İmza”, “SİMA İmza” və ya digər rəqəmsal autentifikasiya vasitələri üzərindən aparılacaq.

Yeni gömrük bəyannaməsi qaydalarının tətbiqi xaricdən onlayn alış-verişə necə təsir edəcək?

“Xəbərsiz” Globalinfo.az-a danışan iqtisadçı Razi Abbasbəyli dəyişiklik xarici ölkələrdən onlayn alış-veriş edən və elektron ticarətlə məşğul olan şəxslər üçün müəyyən çətinliklər yarada bilər deyib:

“Çünki indiyədək vətəndaşlar “Smart Customs” sisteminə FİN kod vasitəsilə daxil olaraq elektron bəyannamələri təsdiqləyə bilirdilər. Yeni qaydalara əsasən isə bəyannamələrin təsdiqi yalnız “ASAN İmza”, “SİMA İmza” və ya “mygov” üzərindən QR kod vasitəsilə mümkün olacaq. Burada əsas məqsəd təhlükəsizliyin daha da gücləndirilməsidir. Belə ki, vətəndaşın şəxsiyyət vəsiqəsindəki FİN kod və digər məlumatlardan üçüncü şəxslərin istifadə etməsi halları minimuma endiriləcək. Xüsusilə kiçik sahibkarlar arasında idxal limitini aşmamaq məqsədilə yaxınlarının və ya tanışlarının məlumatlarından istifadə etməklə onların adına məhsul sifariş edilməsi halları müşahidə olunurdu. Yeni qaydalar qüvvəyə mindikdən sonra bu imkan aradan qalxacaq. Artıq elektron bəyannaməni yalnız vətəndaşın özü “ASAN İmza” və ya “SİMA İmza” vasitəsilə təsdiqləyə biləcək. Bu da o deməkdir ki, başqa şəxslər vətəndaşın əvəzinə xaricdən məhsul sifariş edib onun adına bəyannamə rəsmiləşdirə bilməyəcəklər. Bu yenilik elektron ticarət üzərindən fəaliyyət göstərən bəzi kiçik ticarətçilərin işini çətinləşdirə və müəyyən məhsullar üzrə qiymət artımına təsir göstərə bilər”.

İqtisadçı bildirib ki, yeniliyin müsbət tərəfləri də var:

“ASAN İmza” və “SİMA İmza” ilə təsdiqlənən elektron bəyannamələrin emalı daha operativ həyata keçiriləcək, bağlamaların çatdırılması sürətlənəcək və mövcud gecikmələrin azalmasına şərait yaranacaq. Əslində, vətəndaşlar üçün prosesin özü mürəkkəbləşmir. Əgər əvvəllər bəyannamə FİN kod vasitəsilə təsdiqlənirdisə, bundan sonra mobil telefonda “ASAN İmza” və ya “SİMA İmza” tətbiqindən istifadə etməklə eyni əməliyyatı rahat şəkildə həyata keçirmək mümkün olacaq. Bu baxımdan əsas dəyişiklik təhlükəsizlik mexanizmlərinin gücləndirilməsi ilə bağlıdır. Hərçənd bəzi kiçik ticarətçilər üçün əlavə çətinliklərin yaranması mümkündür. Lakin ümumilikdə bağlamaların daha operativ çatdırılması və proseslərin daha təhlükəsiz idarə olunması baxımından müsbət addım kimi qiymətləndirilə bilər”.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Dünya07 Avqust 2026

Xamenei ölüm yatağındadır – KİV

Hava07 Avqust 2026

Sabah hava necə olacaq?

Prezident07 Avqust 2026

Samir Şərifov sədr təyin edildi - Sərəncam

Cəmiyyət07 Avqust 2026

Bakıda 35 yaşlı vəzifəli şəxs evində ölü tapıldı 

Media07 Avqust 2026

Media və Yayım Şurasının sturukturu formalaşdırıldı

Dünya07 Avqust 2026

SEPAH Səudiyyəyə hücuma hazırlaşır - Kəşfiyyat

Cəmiyyət06 Avqust 2026

David Seliverstov yayılan iddialarla bağlı açıqlama verib: “İddiaların əhəmiyyətli hissəsi həqiqəti əks etdirmir”

İqtisadiyyat04 Avqust 2026

Avro və rubl  ucuzlaşdı -  Yeni Məzənnə

Gündəm04 Avqust 2026

SOCAR-da kütləvi ixtisarlar gedir? - RƏSMİ

Cəmiyyət03 Avqust 2026

Kabab xərçəngə səbəb olur - Sübut edildi

Həmçinin oxu

Cəmiyyət

Bakıda 35 yaşlı vəzifəli şəxs evində ölü tapıldı 

No Comment
111 baxış
Cəmiyyət

David Seliverstov yayılan iddialarla bağlı açıqlama verib: “İddiaların əhəmiyyətli hissəsi həqiqəti əks etdirmir”

No Comment
222 baxış
Cəmiyyət

Kabab xərçəngə səbəb olur - Sübut edildi

No Comment
666 baxış
Cəmiyyət

Azərbaycanda sürpriz: bu fəsil uzanacaq – 5 ay davam edə bilər

No Comment
565 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
SOCAR-da kütləvi ixtisarlar gedir? – RƏSMİ
Vaqif Əsədovun qızı rəis vəzifəsindən azad olundu
Azərbaycanın iki şəhərinə metro çəkiləcək – Tarix açıqlandı
İqtisadiyyat
AQC Milli Mətbuat Günündə media nümayəndələri ilə görüş keçirib – FOTOLAR
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
Azərbaycan əhalisinin sayı artdı

Bölmələr üzrə

Baxış bucağı 808
Cəmiyyət 2186
Dünya 1255
Elm və təhsil 376
Gündəm 1271

Bütün müəllif hüquqları qorunur - 2026