Məzmuna keç

Yaponiyanın Azərbaycandakı səfirliyi fəaliyyətini dayandırdı

Japanese state flag waving on the wind against the sky

Yaponiyanın Azərbaycandakı səfirliyi regiondakı vəziyyətlə əlaqədar fəaliyyətini dayandırıb.

“Xəbərsiz” xəbər verir ki, bu barədə məlumatı səfirlik sosial şəbəkə hesablarında açıqlayıb.

“Regionda baş verən hadisələrlə əlaqədar olaraq, səfirlik fəaliyyətini qeyri-müəyyən müddətə qədər dayandırıb. Viza üçün sənədlərin qəbulu və hazır vizaların verilməsi də dayandırılıb. Nəzərə almağınızı xahiş edirik. Narahatlığa görə üzr istəyirik”, – məlumatda qeyd olunub.