Zelenski sülh danışıqlarının bərpa olunduğunu elan edib
Kiyev 2025-ci ilin yayında İstanbulda keçirilən bir sıra görüşlərdən sonra faktiki olaraq dayandırılmış Rusiya ilə sülh danışıqlarını bərpa etmək niyyətindədir.
“Xəbərsiz” xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski bildirib.
Bu məqsədlə Ukrayna lideri bir sıra görüşlər üçün noyabrın 19-da Türkiyəyə gedəcək.
“Biz danışıqları intensivləşdirməyə hazırlaşırıq və tərəfdaşlarımıza təklif edəcəyimiz həllər hazırlamışıq. Müharibənin dayandırılması üçün hər şeyi etmək Ukrayna üçün prioritetdir”, – Zelenski vurğulayıb.
Prezident həmçinin qeyd edib ki, onun administrasiyası əsirlərin mübadiləsini bərpa etmək üzərində işləyir.
Xəbərsiz





