Zelenskidən açıqlama: Ölənlərin sayı artır
Zelenski sosial media hesabındakı paylaşımında Rusiyanın dünən hava hücumu həyata keçirdiyi Ternopildə davam edən axtarış-xilasetmə işləri ilə bağlı məlumat verib.
“Xəbərsiz”in məlumatına görə, ölənlərin sayının 26-ya yüksəldiyini bildirən Zelenski, ölənlər arasında 3 uşaq olduğunu, 22 nəfərin isə hələlik tapılmadığını bildirib.
Dünən sosial media hesabında paylaşdığı paylaşımda Zelenski bildirib ki, Rusiya ballistik və qanadlı raketlər də daxil olmaqla 48 müxtəlif növ raket və 470-dən çox pilotsuz uçuş aparatı (PUA) ilə ölkəsinə hücum edib.
Xəbərsiz





