Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Gəncədə avtomobil 4 piyadanı vurub, biri ölüb

Reklam728 × 90

Gəncədə yol nəqliyyat hadisəsi baş verib.

“Xəbərsiz” xəbər verir ki, şəhər ərazisində avtomobil yolu keçmək istəyən 4 piyadanı vurub. Daha sonra avtomobil idarəetmədən çıxaraq divara çırpılıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onlardan birini xilas etmək mümkün olmayıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır. //APA

Reklam728 × 90