Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Türk dünyası qadın şairləri Bakıda bir araya gəldilər – FOTOLAR

Reklam728 × 90

18 sentyabr 2026-cı ildə Bakı şəhərində, Atatürk Mərkəzində Türk Dünyası Qadın Şairlər Birliyinin təşəbbüsü ilə Türk dünyası qadın şairlərinin görüşü keçirilib.

Tədbirdə Türk dünyasının müxtəlif ölkələrindən olan qadın şairlər, tanınmış ziyalılar, alimlər, yazıçılar və ictimai xadimlər iştirak ediblər.

Tədbirdə çıxış edən Türk Dünyası Qadın Şairlər Birliyinin sədri Xuraman Muradova Tomris Xatundan bu günədək Türk qadınının nüfuzundan, sədaqətindən və gücündən danışıb. O, çıxışında Məhsəti Gəncəvi, Xurşidbanu Natəvan, Zərifə Əliyeva, Aida İmanquliyeva, Mehriban Əliyeva və Leyla Əliyevanın Türk dünyasının və Azərbaycan mədəni irsinin inkişafına verdiyi töhfələri qeyd edib və öz şeirini səsləndirib.

Görüşdə akademik Nizami Cəfərov, TÜRKSOY-un Baş katibi Sultan Rayev, Türk Ədəbiyyatı Vəqfinin sədri Sərhəd Kabaklı, Xalq yazıçısı Çingiz Abdullayev, türkoloq alim Mahirə Hüseynova, türkoloq Şərəf Cəlilli, yazıçı Varis Yolçuyev, professor Fuad Məmmədov və digər tanınmış şəxslər iştirak ediblər.

Çıxış edən qonaqlar Türk Dünyası Qadın Şairlər Birliyinin müxtəlif Türk dövlətlərindən olan qadın şairləri bir araya gətirməsini yüksək qiymətləndirib, bu təşəbbüsün Türk dünyasının ədəbi və mədəni əlaqələrinin inkişafına töhfə verdiyini bildiriblər.

Tədbirdə Türkiyədən İnci Okumuş, Gonca Hatunoğlu Yılmaz, Sündüs Arslan Akça, Yüksel Kabaklı, Gülşah Kabaklı və İclal Akkaşlan, Özbəkistandan Nərgiz Əsədova, Qazaxıstandan Assel Ospan, Qırğızıstandan Tolqonay Sarıyeva, Şimali Kiprdən Feyzan Korur, Şimali Makedoniyadan Leyla Şərif Emin, Başqırdıstandan Tənzilə Dövlətberdina, Tatarıstandan Şəmsiyyə Cahangirova və Güney Azərbaycandan Şərifə Cəfəri iştirak ediblər.

Qadın şairlər tədbirdə şeirlərini səsləndirib, Türk dünyasının ədəbi-mədəni birliyinin əhəmiyyətindən danışıblar. Onlar Azərbaycanda təşkil olunan tədbir və göstərilən qonaqpərvərliyə görə Xuraman Muradovaya və Azərbaycan rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Tədbirdə “Qoy sözümüz birliyimiz, qələmimiz körpümüz, şeirimiz ürəkdən-ürəyə uzanan əbədi bağımız olsun!” fikri əsas mesajlardan biri kimi səsləndirilib.

Türk dünyası qadın şairləri Bakıda bir araya gəldi - FOTOLAR

Türk dünyası qadın şairləri Bakıda bir araya gəldi - FOTOLAR

Türk dünyası qadın şairləri Bakıda bir araya gəldi - FOTOLAR

Türk dünyası qadın şairləri Bakıda bir araya gəldi - FOTOLAR

Reklam728 × 90