Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Rodri İspaniya millisinin qarşıdakı oyunlarını buraxacaq

Reklam728 × 90

“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri oktyabrın 5-də İngiltərə Premyer Liqasının 7-ci turunda “Brentford”la oyunda zədə alıb.

“Xəbərsiz” bildirir ki, o, bu səbəbdən İspaniya millisinin heyətində Gürcüstan və Bolqarıstanla keçiriləcək dünya çempionatının seçmə mərhələsində oynaya bilməyəcək.

Qeyd edək ki, İspaniya millisi seçmə turnirin ilk iki mərhələsində 6 xal toplayıb və E qrupunun lideridir. Gürcüstan və Türkiyənin hərəyə 3 xalı, Bolqarıstanın isə xalları yoxdur.

İslam İman

Reklam728 × 90