Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Türkiyəli futbolçu 25 yaşında öldü

Reklam728 × 90

Türkiyəli futbolçu Tolqa Kalender 25 yaşında vəfat edib.

Bu barədə Türkiyə Futbol Federasiyası (TFF) sosial media səhifəsində məlumat verib.

“Aykiri portalının məlumatına görə, Kalender xəstəxanada ölüb. O, bir müddətdir səhhətindəki problemlərlə bağlı müalicə alırmış.

Müdafiəçinin son klubu Türkiyənin ikinci dərəcəli divizionunda yer alan “Bandırmaspor” komandası olub. Kalender 2024-cü ildən 2025-ci ilə qədər orada oynayıb.

O, daha əvvəl “İstanbul Başakşehir”, “Adana Dəmirspor”, “Bayrampaşa” və “Diyarbakırspor”da çıxış edib. 131 peşəkar oyun keçirib, 4 qol vurub.

Reklam728 × 90