Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

63 mindən çox vakansiyaya işçi axtarılır

Reklam728 × 90

“Əmək və Məşğulluq” altsistemində (ƏMAS) hazırda 63 mindən çox aktiv vakansiya mövcuddur.

 

“Xəbərsiz” xəbər verir ki, işsiz və ya işaxtaran şəxslər vakansiyalara müraciət üçün Regional Məşğulluq filiallarına və ya DOST mərkəzlərinə yaxınlaşa bilərlər.

Burada karyera məsləhətçiləri tərəfindən şəxsin məşğulluq imkanları qiymətləndirilir. Qiymətləndirmənin nəticəsinə uyğun olaraq münasib vakansiyalar təqdim olunur və şəxsin ona uyğun vakansiyaya müraciəti qeydə alınır.

 

Şəxsin ixtisas və ya bacarıqları mövcud vakansiyalar üçün kifayət etmədikdə şəxs Dövlət Məşğulluq Agentliyi tərəfindən peşə hazırlığına cəlb olunur.

Reklam728 × 90