Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

AYNA yolların xətlənməsinə 45 milyon xərcləyəcək

Reklam728 × 90

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən respublika ərazisində, magistral yollarda nişanlanma və xətlənmə işlərinə sərf olunacaq vəsaitin həcmi məlum olub.

Agentlik bununla bağlı “STP-Btech” şirkəti ilə iki nəhəng müqavilə bağlayıb.

Müqavilələrdən birinin maliyyə dəyəri 11 milyon 465 min manat, digərinin maliyyə dəyəri isə 33 milyon 549 min manat müəyyənləşib.

Beləliklə, AYNA respublika ərazisində – magistral yollarda nişanlanma və xətlənmə işlərinə 45 milyon manat xərcləyəcək. \\iqtisadiyyat.az

Reklam728 × 90