Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Bu gün daha 14 itkin-şəhidin adları ictimaiyyətə açıqlanacaq

Reklam728 × 90

Bu gün şəxsiyyəti eyniləşdirilmiş daha 14 itkin-şəhidin adları ictimaiyyətə açıqlanacaq.

Xebersiz xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev Bakıda “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, müvafiq araşdırma, sənədləşmə və hüquqi prosedurlar başa çatdıqdan sonra digər 50 itkin-şəhidlə bağlı da məlumat veriləcək.

Reklam728 × 90