Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Sevindik Hətəmov xanım müavinini işdən çıxardı – FOTO

Reklam728 × 90

Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının xanım müavini işdən çıxarılıb. 

Xebersiz xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, icra başçısı Sevindik Hətəmovun əmri ilə Xuraman Baba qızı Məmmədova İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsindən azad olunub.

Qeyd edək ki, Xuraman Məmmədova 04.06.2020-ci il tarixində Hacıqabul rayon 10 nömrəli məktəbin direktoru vəzifəsindən azad edilərək, icra başçısının müavini təyin olunmuşdu. O, işdən çıxarıldıqdan sonra Hacıqabul rayonunda məktəblərin birinə direktor müavini təyin edilib.

Reklam728 × 90