Macarıstan Aİ liderlərinin onu Rusiya enerji təchizatından imtina etməyə məcbur edən təzyiqlərinə boyun əyməyəcək.
“Xəbərsiz” bildirir ki, bunu Macarıstanın xarici işlər və iqtisadi əlaqələr naziri Peter Szijjarto Moskvada keçirilən Rusiya Enerji Həftəsində deyib.
Macarıstana Rusiya neft və qazından imtina etmək üçün təzyiq edildiyini xatırladan xarici işlər naziri, “Mən bunu dediyimə görə təəssüflənirəm, amma mənim avropalı qardaşlarım enerjiyə gəldikdə həqiqətən dəli olurlar” , – deyə bildirib.
O, əlavə edib ki, indi Avropada bizi Brüssel ucuz və etibarlı enerji mənbəyini daha bahalı və daha az etibarlı mənbə ilə əvəz etməyə məcbur edir.
Əli HACI







