Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Sumqayıtın bəzi ərazilərində qaz olmayacaq

Reklam728 × 90

Sumqayıt şəhərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

“Xəbərsiz”ə “Azəriqaz” İB Sumqayıt QİS-dən bildirilib ki, şəhərin Yaşıl Dərə yaşayış massivində, 39 nömrəli marşrut xəttinin yaxınlığında yerləşən 57 millimetrlik qaz xəttində sızma aşkar edilib.

Təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün saat 11:00-dan etibarən, ərazidəki 1000 abonentin qaz təchizatı dayandırılacaq.

Reklam728 × 90