Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Kürdəmirdə uşaq bağçası YANDI

Reklam728 × 90

Kürdəmir şəhərində uşaq bağçasında yanğın olub.

 

“Xəbərsiz” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatında bildirilir.

 

Məlumata görə, şəhərdə fəaliyyət göstərən uşaq bağçasının ərazisində 7 m² sahədə taxta tullantıları, bitişik ümumi sahəsi 800 m² (hər mərtəbəsi 400 m²) olan ikimərtəbəli 16 otaqlı bağça binasında iki otağın yanar konstruksiyaları 50 m² sahədə, 2 ədəd pəncərə çərçivəsi, 8 ədəd çarpayı və dam örtüyünün taxta atmaları 25 m² sahədə yanıb.

 

Bağça binasının qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Reklam728 × 90