Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

“NATO-dan Rusiyaya adekvat cavab yoxdur” – Siyasi şərhçi

U.S. President Donald Trump and Russian President Vladimir Putin look at each other during a press conference following their meeting to negotiate an end to the war in Ukraine, at Joint Base Elmendorf-Richardson, in Anchorage, Alaska, U.S., August 15, 2025. REUTERS/Kevin Lamarque TPX IMAGES OF THE DAY
Reklam728 × 90

Putin və Tramp arasındakı telefon danışığından sülhdən daha çox qarşıdurmaya hazırlıq müşahidə edilir.

Bu sözləri “Xəbərsiz”ə açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli deyib.

“Bu da onunla əlaqədardır ki, Birləşmiş Ştatlar Çinə 500% tətbiq etdiyi gömrük rüsmlarını ciddi şəkildə toplamaq, həmçinin Ukraynaya hərbi yardım fondu yaratmaq niyyətindədir”, – deyə o, əlavə edib.

Əziz Əlibəyli hesab edir ki, bu fond mövcuddur və onun iqtisadi olaraq maddi bazasını təşkil etmək ABŞ üçün problem deyil. Böyük ehtimal artıq həm də bu məbləğ Avropa ölkələrindən toplanıb. Sadəcə olaraq onun rəsmiləşdirilməsinə ehtiyac var.

Politoloqun sözlərinə görə, NATO dövlətləri bu dəqiqə cavab vermək məcburiyyətindədilər. Çünki son bir aydan artıqdır ki, Rusiya hibrid hücumlarla bütün sualtı, enerji təchizatını zədələyib. Bu da NATO sərhədləri daxilinə sızmaların və sərhədlərin pozulması deməkdir. Adekvat cavab isə yoxdur.

Ziyafət Əlisoy

Reklam728 × 90