Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Lula da Silva 2026-cı il Braziliya seçkilərində prezidentliyə namizəd olacaq

Reklam728 × 90

Braziliya prezidenti Luiz İnasio Lula da Silva 2026-cı il seçkilərində prezidentliyə namizəd olmaq qərarını açıqlayıb.

“Xəbərsiz” bildirir ki, bu barədə yerli KİV məlumat yayıb.

“Mənim 80 yaşım olacaq, amma əmin olun ki, 30 yaşımdakı kimi enerjiyə sahibəm. Dördüncü prezidentlik müddətinə namizəd olacağam”, – o, İndoneziyaya dövlət səfəri zamanı deyib.

Qeyd edək ki, Braziliyada prezident seçkiləri 2026-cı ilin oktyabrında keçiriləcək.

Əli Hacı

Reklam728 × 90