Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Qeyri-rəsmi təmaslar Rusiya-ABŞ dialoqunun mühüm hissəsi hesab olunur – Kreml sözçüsü

Reklam728 × 90

Rusiya və ABŞ arasında qeyri-rəsmi təmaslar iki ölkə arasında davam edən dialoqun mühüm hissəsidir.

“Xəbərsiz” xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Ümumiyyətlə, qeyri-rəsmi təmaslar dialoqun çox mühüm hissəsini təşkil edir. Nə qədər ki, ABŞ Rusiyaya qarşı bir sıra qeyri-dost addımlar atıb. Ona görə də bu addımlar çox vacibdir”, – o, Rusiya prezidentinin nümayəndəsi Kirill Dmitriyevin ABŞ-a səfəri zamanı qeyri-rəsmi görüşlərini şərh edərkən deyib.

“Bu, uzun yolda kiçik bir addımdır. Buna belə baxmaq lazımdır. Bu iş zəruridir və çox səbir tələb edir”, – deyə Peskov qeyd edib.

Əli Hacı

Reklam728 × 90