Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

“Rusiyanın işğalçılıq siyasətinə “qış” mane ola bilməyəcək” – SİYASİ ŞƏRHÇİ

Reklam728 × 90

Xəbər verdiyimiz kimi, Almaniyanın Xarici İşlər Naziri Yohan Vadefül Rusiya-Ukrayna savaşının bu qış sona çatacağını bildirib.

O, əlavə edib ki, bu qış Kiyev üçün həlledici rol oynayacaq.

Vadefül qeyd edib ki,  Ukraynanın Qərbin əlavə yardımı olmadan özünü müdafiə etmək qabiliyyətini itirəcək.

Onun sözlərinə görə, Almaniya bununla bağlı xüsusi məsuliyyət daşıyır və Berlin istənilən vaxt Kiyevi dəstəkləməyə hazırdır.

Almaniya Xarici İşlər Nazirinin fikirlərini “Xəbərsiz”ə şərh edən siyasi şərhçi Cavanşir Abbaslı bildirir ki, Rusiya – Ukrayna savaşı başlayan gündən bu günə qədər özünü ən qeyri-ciddi aparan Avropa ölkələri sırasında Almaniya ilk pillələrdə qərarlaşır.

“Almaniya tərəfi ilk vaxtlardan Ukraynaya hərbi yardımı yüksək səviyyədə göstərəcəyini elan etsə də, hələ ki, belə bir qanetedici yardımın edildiyinin şahidi olmamışıq. Hətta Ukraynanın hava məkanının bağlanmamasına ən çox təşəbbüs göstərən ölkə də məhz Almaniya idi”, – deyə o, qeyd edib.

Cavanşir Abbaslı bildirir ki, Vadefülün Qərbin yardımı olmadan Ukraynanın müdafiə qabiliyyətinin itirəcəyi ilə bağlı iddiaları reallıqdır. Nəzərə alsaq ki, bu müharibənin artıq 44-cü ayıdır. Bu müddət ərzində bu tip açıqlamalar çox olub. Amma heç bir irəliləyişin də şahidi olamışıq.

“Almaniya tərəfi bu açıqlamanı verirsə, demək qənaətedici bir yadım da göstərməlidir. Amma mən bu yardımın ediləcəyinə inanmıram. Berlin bu məsələdə ikibaşlı rol oynayır. Bu müharibənin qış aylarında sona çatacağını söyləmək mümkün deyil. Hər qış fəsli öncəsi bu tipli açıqlamalar verilir. Nəzərə almalıyıq ki, müharibənin özü də qış fəslində başlayıb və tərəflər artıq 3 qış ötürüblər… Görünən odur ki, qış fəsli də Rusiyanın işğalçılıq siyasətinin qarşısını almağa yetmir. Bu siyasətinin qarşısına almağa yetən Kollektiv Qərbin yardımıdır. Amma çox təəssüf ki, bu yardım da göstərilmir”, – deyə siyasi şərhçi vurğulayıb.

Onun sözlərinə görə, ara-sıra Ukraynanın “ağzına bir damcı su damızdırırlar”. O “damcı” nəticəsində də Ukrayna bir qədər dirənə bilir. Etiraf edək ki ,Ukrayna indiyə qədər öz qəhrəmanlığı sayəsində, öz daxili gücü hesabında müqavimət göstərib. Doğrudur, ABŞ və Avropa ölkələrinin də müəyyən həcmdə yardımı olub, amma nəzərə alsaq ki, bu müharibə həm Rusiya – ABŞ, həm də Rusiya – Kollektv Qərb arasında gedən müharibədir, bu yardımların olması çox normaldır. Amma yardım yetərlidirmi? Xeyir. Rusiya ilə tam əlaqələr kəsilib? Xeyir. Bu günün özündə də Rusiya qazı və neftindən Avropa ölkələri istifadə edir. Bu o deməkdir ki, Rusiyanın çöküşü qarşıdakı zamanda görünmür. Müharibənin də qış fəslində sona çatacağını güman etmirəm. Bu müharibə bir müddət davam edəcək.

“Bu müharibə, məşhur mahnıda dediyi kimi , ”görək kimi-kimi yordu” ifadəsinə bənzəyir. Kimin yorulacağını zaman göstərəcək. Məncə, sonda elə Aİ yorulacaq və Ukraynanı sülh masasına oturdacaq”, – deyə o, əlavə edib.

Ziyafət Əlisoy

Reklam728 × 90