Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Saat 10:00-da qaz kəsiləcək – Bu ərazilərdə

Reklam728 × 90

Şəmkirdə 4 500 abonentin qaz təchizatında fasilə yaranacaq.

“Xəbərsiz” xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, Şəmkir XS-i ərazisində Şəmkir QPS-dan “Süd Kombinatı” orta təzyiqli, daşıyıcı qaz xəttindən qidalanan Şəmkir şəhəri E.Allahverdiyev 22 ünvanında yerləşən Cahan Rəhman oğlu Qarayevə məxsus obyektin qarşısından keçən d159 mm-lik qaz xəttinin abonentin öz hesabına podratçı təşkilat tərəfindən yeri dəyişdiriləcək.

Bu məqsədlə bu gün saat 10:00-dan işlər başa çatanadək (Şəmkir şəhərinin bir hissəsi 4 500 abonent) qaz təchizatının d150 mm-lik siyirtmədən daxildən dayandırılacaq.

Reklam728 × 90