Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

DİN əməliyyat keçirdi: 45 nəfər saxlanılıb

Reklam728 × 90

Noyabrın 8-də və 9-da ölkə ərazisində qeydə alınan 68, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

“Xəbərsiz” xəbər verir ki, bununla bağlı DİN-in Mətbuat Xidmətindən məlumat verilib, axtarışda olduğuna görə ümumilikdə 57, o cümlədən borclu şəxs qismində axtarışda olan 35 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.

Reklam728 × 90