Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

“Quba” ABŞ-dən olan basketbolçunun transferini gerçəkləşdirib

Reklam728 × 90

“Quba” daha bir basketbolçunun transferini gerçəkləşdirib.

Bu barədə “Report”a bölgə təmsilçisindən məlumat verilib.

Klub ABŞ-dən olan Kris Klarkla anlaşıb. Təcrübəli oyunçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Basketbolçu karyerası ərzində “Əl-Ənsər” (Səudiyyə Ərəbistanı), “London Lions” (İnigltərə), “Vestçester Kniks” (ABŞ), “Penyarol” (Uruqvay), Moldura Heat” (Avstraliya), “Kontern” (Lüksemburq), “Bolmar” (Boliviya), “Giessen” (Almaniya), “Avanti Mondorf” (Lüksemburq), “MK Lions” (İngiltərə), “Şəki” (Azərbaycan) klublarında oynayıb.

190 sm boya malik 40 yaşlı basketbolçu son olaraq “Naxçıvan”ın formasını geyinib.

Reklam728 × 90