Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Bu ərazilərdə leysan yağır

Reklam728 × 90

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Xəbərsiz”ə verilən məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir.

Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir.

Düşən yağıntının miqdarı Lerikdə 9, Bakıda və Abşeron yarımadasında 7, Şəmkir və Qubada 4, Qobustanda 3, Astara, Şabran və Lənkəranda 2, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Ordubad, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Altıağac, Qusar, Beyləqan, Sabirabad, Göyçay, Neftçala, Yardımlıda 1 mm-dir.

Naxçıvan, Şərur, Sədərək, Daşkəsən, Göygöl, Naftalan, Şəmkir, Balakən, Qax, Şəki, Şamaxı, Altıağac, Quba, Qusar, Qrız, Xaltan, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Reklam728 × 90