Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

“Deyirlər 150 sürətlə sürüb, ağır dərddir” – VİDEO

Reklam728 × 90

Xəbər verdiyimiz kimi, ötən gün Biləsuvar rayonunda “Lexus” markalı avtomobilin su kanalına düşməsi nəticəsində 5 nəfər həyatını itirib. Hadisədə ölənlərin yaxınları danışıblar.

“Xəbərsiz” Baku TV-yə istinadən xəbər verir ki, mərhum İldırım Həsənlinin atası İlqar Həsənov yaşadıqları faciəni belə təsvir edib:

“Ölənlərdən ikisi qardaşım balalarıdır. Digəri də qonşumdur. Ağır dərddir. Ailə məhv oldu, bircə nəvəsi qalıb. İldırım mənim oğlum idi, 35 yaşı var idi. Deyirlər, maşını 150 km/saat sürətlə sürüb, idarə edə bilməyib. Gənclərə tövsiyəm odur ki, ehtiyatlı olun, bala”.

Həlak olanlardan biri – 25 yaşlı Məhəmməd Məmmədlinin atası Vidadi Məmmədov isə bu sözləri deyib:

“Hamısı mənim balalarımdır. Bizim ailə üçün böyük faciədir. Qonşunun iki oğlu və mənim oğlum – üçü də dost idilər. Üçü də bir yerdə dəfn olundular”.

Daha ətraflı süjetdə:

Reklam728 × 90