Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Gəncədə şagirdlər dönərdən ZƏHƏRLƏNDİ

Reklam728 × 90

Gəncədə orta məktəb şagirdləri arasında zəhərlənmə faktı qeydə alınıb.

“Xəbərsiz” xəbər verir ki, Gəncə şəhəri, Mirzə Şəfi Vazeh adına 16 nömrəli tam orta məktəbin şagirdləri yedikləri dönərdən zəhərləniblər.

7 nəfər şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal onlara yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Zəhərlənənlər 2015-ci il təvəllüdlü F.İsmayılov, 2015-ci il təvəllüdlü X.Tağıyeva, 2014-cü il təvəllüdlü Ə.Zeynalov, 2015-ci il təvəllüdlü N.Məmmədova, 2015-ci il təvəllüdlü A.Məmmədzadə, 2014-ci il təvəllüdlü T.Cəfərzadə, 2015-ci il təvəllüdlü H.Hüseynli və 2015-ci il təvəllüdlü Ə.Mirzəyevdir.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb ediliblər.

Faktla bağlı araşdırma aparılır.

Reklam728 × 90